Mbappe AÇ-2024-ün qrup oyunlarını buraxacaq

Fransa millisinin hücumçusu Kilian Mbappe zədə səbəbindən Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin oyunlarını buraxacaq.

Komanda.az “Le Figaro”-ya istinadən xəbər verir ki, 25 yaşlı forvard ən tez 15 gün ərzində sağalacaq.

Müayinə zamanı məlum olub ki, futbolçunun burnu qırılıb. Mbappe AÇ-2024-ün pley-off matçları üçün milliyə qayıda bilər.

Fransalı hücumçu Avstriya ilə görüşün (1:0) 86-cı dəqiqəsində rəqib müdafiəçi Kevin Danso ilə toqquşub. Əvvəlcə onun cərrahiyyə əməliyyata ehtiyacı olacağı güman edilsə də, Düsseldorf xəstəxanasında müayinədən sonra əməliyyata gərək olmadığına qərar verilib.

Fransa millisi AÇ-2024-ün ikinci oyununda iyunun 21-də Niderlandla, iyunun 25-də isə Polşa ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button