Ronaldo artıq toxunulmaz deyil!
Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo artıq komandanın toxunulmaz futbolçusu deyil.
Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, 39 yaşlı forvard və Portuqaliya millisinin baş məşqçisi Roberto Martines razılığa gəliblər ki, Ronaldonun 2024-cü il Avropa çempionatının matçlarında bütün 90 dəqiqə meydanda qalmasına zəmanət verilməyəcək.
İspaniyalı mütəxəssisin fikri odur ki, Ronaldonu millidə oyunların necə keçəcəyindən asılı olaraq əvəz etmək mümkün olsun.
Portuqaliya millisi AÇ-2024-də Çexiya, Türkiyə və Gürcüstanla eyni qrupda oynayacaq. Martinesin yetirmələri turnirdəki ilk oyununda iyunun 18-də çexlərlə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin