“Milan”da qalıb-qalmayacağımı sonra görəcəyik” – Fransalı futbolçu
“Milan”ın müdafiəçisi Teo Hernandes yay transfer pəncərəsində klubunu dəyişə biləcəyinə işarə edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu hazırda bütün diqqətini Avropa çempionatına yönəltdiyini bildirib:
“Milan”da qalıb-qalmayacağımı sonra görəcəyik. Bundan sonra komandada qalıb-qalmayacağımı görəcəyik. Hazırda bütün diqqətimi Avropa çempionatına yönəltmişəm”.
Daha əvvəl “Milan”ın müşaviri Zlatan İbrahimoviç Hernandesin yayda klubu tərk etməyəcəyini bildirmişdi.
26 yaşlı Hernandesin adı “Bayern”lə hallanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin