Foqts: “Gözüm hər zaman “Qarabağ”ı axtarır”

Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqts “İctimai TV”-yə açıqlama verib.

Komanda.az xəbər verir ki, almaniyalı məşqçi “Qarabağ” və Azərbaycan futbolu haqda danışıb: 

“UEFA-nın klub turnirlərində gözüm hər zaman “Qarabağ”ı axtarır. “Qarabağ”ın baş məşqçisi var idi… Azərbaycanda işlədiyim vaxt çox yaxşı illər idi. Azərbaycanlıları çox bəyənirəm. Mən orada Almaniyadan olan yox, elə Azərbaycandan olan baş məşqçi kimi çalışırdım. Azərbaycanlıların mənə münasibəti çox gözəl idi. Jurnalistlərin də həmçinin”.

77 yaşlı mütəxəssis 2008-2014-cü illərdə Azərbaycan millisini çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button