“Barselona” “Atletik”in hücumçusunun keçidini tamamlamaq istəyir

“Barselona” “Atletik”in hücumçusu Niko Uilyamsın transferini tamamlamaq istəyir.

Komanda.az “Relovo”-ya istinadən xəbər verir ki, klub rəhbərliyi sözün əsl mənasında bunu xəyal edir. “Barsa”nın idman direktoru Deku və prezident Xuan Laporta “Atletik”in futbolçusunu hansı qiymətə satacağını yaxşı bilir. Tələb olunan məbləğin 58 milyon avro olduğu bildirilir.

Uilyams Almaniyada keçiriləcək Avropa çempionatında İspaniya yığmasının heyətində çıxış edəcək.

Futbolçu La Liqanın son mövsümündə 5 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button