“Barselona” 4 milyon avro qiyməti olan hücumçunu ala bilər

“Barselona” bu transfer pəncərəsində “Betis”in hücumçusunu heyətinə qata bilər.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “Barselona” 4 milyon avro qiyməti olan Ayose Peresi dəvət etmək variantını nəzərdən keçirir. Belə ki, klub bu yay Vitor Rokenin komandadan ayrılacağı təqdirdə, onu transfer etməyə çalışacaq.

Braziliyalı futbolçu Roke oyun praktikasının müddətindən narazıdır.

Peres ötən mövsümü İspaniya çempionatında 9 qolla başa vurub. İspaniyalı futbolçu əvvəllər İngiltərə Premyer Liqasında “Nyukasl” və “Lester”də çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button