“Bayer” “Bayern”in hədəfində olan futbolçunun qiymətini müəyyənləşdirib
“Bayer” “Bayern”in maraq dairəsində olan mərkəz müdafiəçisi Conatan Ta üçün qiymət müəyyənləşdirib.
Komanda.az “Kicker”-ə istinadən xəbər verir ki, Leverkuzen təmsilçisi 28 yaşlı futbolçu üçün bonuslar da daxil olmaqla 40 milyon avro tələb edir.
Tanın “Bayer”lə müqaviləsinin bitməsinə cəmi bir il qalıb, ona görə də, Leverkuzen klubu artıq potensial alıcılara endirim edib.
Bir müddət əvvəl “Bayern”in yeni baş məşqçisi Vensan Kompaninin şəxsən Conatanı dəvət etməkdə maraqlı olduğu bildirilirdi.
Almaniyalı futbolçu Bundesliqada ötən mövsüm 4 qol və 1 məhsuldar ötürmə ilə “Bayer”in çempion olmasına kömək ebib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin