Konte “Napoli”dən getmək istəyən futbolçunun agenti ilə görüşüb
“Napoli”nin yeni çalışdırıcısı Antonio Konte Covanni di Lorensonu klubda qalmağa inandırır.
Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, agentinin də açıq şəkildə bildirdiyi kimi, 30 yaşlı müdafiəçi klubdan ayrılmağı planlaşdırır. Konte vəziyyəti müzakirə etmək üçün komandanın kapitanı və agenti ilə görüşüb.
Dialoq sakit keçib, lakin o qədər də nəticə verməyib. Vəziyyət olduğu kimi qalıb. Futbolçunun agenti onun nə üçün komandasını dəyişmək qərarına gəldiyini açıqlayıb, baş məşqçi isə qarşıdakı mövsümdə italiyalı futbolçuya ümid etdiyini söyləyib.
“Yuventus” Covanni di Lorensonun xidmətində maraqlıdır. Turinlilər vəziyyəti izləyir və danışıqlara başlamaq üçün münasib anı gözləyir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin