
Azərbaycan millisi Albaniyada hazırlıq keçəcək
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının iki mərhələli təlim-məşq toplanışı olacaq.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, milli əvvəlcə iyunun 13-dən 14-dək Bakıda hazırlıq keçəcək.
Toplanışın ikinci mərhələsi iyunun 15-dən 20-dək Albaniyanın Dürres şəhərində baş tutacaq. U-17 hazırlıq zamanı Albaniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq görüşünə çıxacaq. İlk matç iyunun 17-də, ikinci qarşılaşma isə 19-da keçiriləcək. “Egnatia Arena”da təşkil olunacaq hər iki oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
| 1 | Məhdi Həsənov | Neftçi |
| 2 | Rauf Əyyubov | Sabah |
| 3 | Həzrət Səmədov | Sabah |
| 4 | Fərid Cabbarlı | Zirə |
| 5 | Əlibəy Mahmudov | Sabah |
| 6 | Tuncay Əhmədov | Marset (İspaniya) |
| 7 | Nadir Nəsibli | Marset (İspaniya) |
| 8 | Səttar Tahirzadə | Marset (İspaniya) |
| 9 | Muhammad Çodarov | Marset (İspaniya) |
| 10 | Murad Qurbanov | Zirə |
| 11 | Sinan Mehdizadə | Marset (İspaniya) |
| 12 | Nihad İsaqov | Kəpəz |
| 13 | Əli Qazibəyov | Qarabağ |
| 14 | Emil Həsənov | Sumqayıt |
| 15 | Abdulaziz Cabbarlı | Qarabağ |
| 16 | İbrahim Babayev | Servette (İsveçrə) |
| 17 | İslam Həsənov | Srvena Zvezda (Serbiya) |
| 18 | İbrahim Xəlilov | Sabah |
| 19 | Ümid Səlimov | Sabah |
| 20 | Əli İbrahim | Qarabağ |
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



