“Mən bu adamın yaxşı olduğunu bilirdim” – Kurtua
“Real”ın qapıçısı Tibo Kurtua onu əvəz edən Andrey Luninin ötən mövsümdəki çıxışı ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı qolkiper, ukraynalının çox yaxşı mövsüm keçirdiyini bildirib:
“Mənim üçün çox çətin bir il oldu, mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Lunin çox yaxşı mövsüm keçirdi. Ona təşəkkür etməliyik. Mən bu adamın yaxşı olduğunu bilirdim”.
Kurtua dizinin çarpaz bağlarından aldığı zədə səbəbindən demək olar ki, bütün mövsümü buraxmışdı. O, 2023/24 mövsümündə cəmi 5 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin