İtaliya klubu Kannavaronu istefaya göndərdi

“Udineze” baş məşqçisi Fabio Kannavaro ilə yolları ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.

50 yaşlı mütəxəssislə bu ay başa çatacaq müqavilənin müddəti uzadılmayıb.

Kannavaro aprelin 22-də “Udineze”yə baş məşqçi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda A Seriyasında 15-ci yeri tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button