MS Halandın “Real”a transferinə mane olmağa çalışacaq
“Mançester Siti” hücumçu Erlinq Halandla müqavilənin uzadılması ilə bağlı danışıqlara başlamaq niyyətindədir.
Komanda.az AS-a istinadən xəbər verir ki, “şəhərlilər” norveçli futbolçunun gələcəkdə “Real”a keçmək istəyindən xəbərdardır.
“Mançester Siti” Halandın İspaniyaya transferini çətinləşdirəcək yeni müqavilə tərtib etmək istəyir. Belə ki, indiki razılaşmaya əsasən, gələn yaydan Premyer Liqadan kənar klublar 23 yaşlı hücumçunu münasib qiymətə transfer edə bilərlər.
Haland son mövsümdə 45 oyun keçirib, 38 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin