Konte söz verdi
Antonio Konte “Napoli”nin baş məşqçisi vəzifəsinə keçib. 54 yaşlı mütəxəssisin təyinatı bu gün rəsmən açıqlanıb. Konte “Napoli”yə keçidini şərh edib.
Komanda.az “Napoli”nin rəsmi saytına istinadən xəbər verir ki, italiyalı çalışdırıcı burada olduğu üçün xoşbəxt və həyəcanlı olduğunu bildirib:
“Napoli” qlobal əhəmiyyətli bir yerdir. Burada olduğum üçün xoşbəxtəm və həyəcanlıyam. Bir şeyi əminliklə vəd edə bilərəm: komandanın və klubun böyüməsi üçün mümkün olan hər şeyi edəcəm. İşçi heyətim kimi mənim öhdəliyim də maksimum olacaq”.
Antonio Konte “Tottenhem”dən ayrıldıqdan sonra – 2023-cü ilin mart ayının sonundan etibarən işsizdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin