Yapon futbolçu İtaliyanı İngiltərəyə dəyişdi
“Latsio”nun yarımmüdafiəçisi Daiti Kamada karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Kristal Pelas” yapon futbolçu ilə azad agent kimi iki illik müqavilə bağlayıb.
“Latsio” futbolçunu saxlamaq istəyirdi, lakin o, özü İngiltərə Premyer Liqasına keçmək istəyib.
27 yaşlı yarımmüdafiəçi son İtaliya A Seriyasında 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin