Deku həmyerlisini “Barselona”da saxlamaq istəyir
Joao Feliks “Barselona”da qala bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, klubun portuqaliyalı idman direktoru Deku yeni baş məşqçi Hans-Diter Flikin istəksizliyinə baxmayaraq, həmyerlisi olan futbolçunu saxlamaq istəyir.
Feliks ötən mövsüm “Atletiko”dan icarə əsasında “Barselona”da çıxış edib. Deku 24 yaşlı forvardla anlaşmanı uzatmaq istəyir.
Feliks İspaniya çempionatının son mövsümündə 30 matçda iştirak edib, 7 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin