Azərbaycan gimnastlarından Monteneqroda yeddi qızıl medal

Azərbaycan bədii gimnastları Monteneqronun Budva şəhərində keçirilən “Montenegro Cup”da yeddi qızıl, bir gümüş və bir bürünc medal qazanıblar.

Komanda.az xəbər verir ki, böyüklər arasında Mədinə Dəmirova (çoxnövçülük) qızıl mükafata yaliq görülüb.

Gənclər arasında Şəms Müvəffəqi gümüş, Mədinə Abbaslı bürünc medal (hər ikisi çoxnövçülük) əldə edib.

Yeniyetmələrdən Məryəm Baloğlanova və Nur Sadıqova hər biri üç qızıl mükafata yiyələnib. Onlar halqa, top və gürzlərlə hərəkətlərdə uğurlu çıxış ediblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button