“Barselona” belçikalı futbolçunu “qaralayıb”

“Everton”un yarımmüdafiəçisi Amadu Onana “Dumanlı Albion”dan ayrılaraq İspaniyaya köçə bilər.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, 22 yaşlı belçikalı futbolçu “Barselona”nın maraq dairəsinə düşüb. Kataloniya klubu Onananı yarımmüdafiə xəttini gücləndirmək variantı kimi nəzərdən keçirir.

“Everton” futbolçunun satışından 60 milyon avro qazanmağı planlaşdırır, lakin “Barsa” cəmi 40 milyon təklif etməyə hazırdır.

Onana İngiltərə çempionatının son mövsümündə 30 oyun keçirib və 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button