Azərbaycan kuboku: Yalnız 3 komanda titula yiyələndiyi mövsümdə bütün matçlarda qələbə qazanıb
Azərbaycan kuboku tarixində yalnız üç komanda titula yiyələndiyi mövsümdə bütün görüşlərdə qələbə qazanıb.
Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 1993/1994 mövsümündə “Kəpəz”, 1994/1995 mövsümündə “Neftçi”, 2015/2016 mövsümündə “Qarabağ” kuboku qələbə seriyası ilə əldə edib.
“Zirə” finalda qalib gəlsə, bu üç komandanın bacardığını təkrarlayacaq. Rəşad Sadıqovun yetirmələri finala qədər keçirdiyi 5 matçda qalib gəliblər.
Yarışın tarixində daha üç klub mövsümdəki bütün matçlarını qalib başa vurub. Lakin “Şəmkir” (2001/2002), “Qarabağ” və “Qəbələ”nin (hər ikisi 2019/2020) uğurlu seriyaya imza atdığı mövsümlər başa çatmayıb.
İyunun 2-də “Liv Bona Dea Arena”da keçiriləcək “Qarabağ” – “Zirə” matçı saat 20:00-da başlayacaq.
Bizi Facebook-da izləyin