Azərbaycan yığmasının Slovakiya və Bolqarıstanla oyunlar üçün heyəti açıqlandı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının iyunun 7-də Bratislavada Slovakiya, 11-də isə Bakıda Bolqarıstan yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.
Komanda.az xəbər verir ki, AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iyunun 1-də təlim-məşq toplanışına başlayacaq U-21 ayın 5-də Bratislavaya səfər edəcək və Slovakiya ilə görüşdən bir gün sonra geri dönəcək.
“Qarabağ” klubunun futbolçuları Azərbaycan Kubokunun final oyunundan sonra, iyunun 3-də kollektivə qoşulacaqlar.
Qeyd edək ki, Slovakiya – Azərbaycan matçı Senec Məşq Mərkəzində, Bakı vaxtı ilə saat 20:30-da, Azərbaycan – Bolqarıstan qarşılaşması isə “Liv Bona Dea Arena”da, saat 20:00-da başlayacaq.
Milliyə dəvət olunan futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
- Amin Ramazanov – Qarabağ
- Xəyal Fərzullayev – Sumqayıt
- Yusif İmanov – Sabah
- Süleyman Damadayev – Şamaxı
- İbrahim Ramazanov – Qəbələ
- Seymur Məmmədov – Sabah
- Cəlal Hüseynov – Arda (Bolqarıstan)
- Eşqin Əhmədov – Qəbələ
- Abdulla Rzayev – Araz-Naxçıvan
- Rüfət Əhmədov – Kəpəz
- Rüfət Abbasov – Neftçi
- Mirəli Əhmədov – Araz-Naxçıvan
- Mahir Həsənov – Kəpəz
- Qurban Səfərov – Şamaxı
- Samir Məhərrəmli – Şamaxı
- Elcan Əbilov – Neftçi
- Ramin Nəsirli – Araz-Naxçıvan
- Xəyal Əliyev – Sabah
- Murad Vəliyev – Nomme Yunayted (Estoniya)
- Fərid Yusifli – Turan Tovuz
- Şahin Şahniyarov – Qəbələ
- Zeynəddin Abdurahmanov – Səbail
- Samir Abdullayev – Səbail
- Ağadadaş Salyanski – Neftçi
- Nəriman Axundzadə – Qarabağ
Bizi Facebook-da izləyin