Millinin baş məşqçisinin anası qaçırıldı – 2-ci dəfə
Nigeriyanın əsas millisinin sabiq baş məşqçisi Samson Siasianın anası Oqere Siasia qaçırılıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Samsonun 76 yaşlı anası Nigeriyanın Bayels əyalətində yerləşən evindən qaçırılıb. Evə basqın edən silahlı şəxslər, Oqereni girov götürüb. 51 yaşlı mütəxəssisin anasından hələlik xəbər yoxdur.
Oqere Siasia 2015-ci ilin noyabrında da bir qrup şəxs tərəfindən qaçırılmış, ancaq 13 gündən sonra pul qarşılığında geri qaytarılmışdı.
Samson hazırda 23 yaşadək futbolçulardan ibarət Nigeriya millisinin baş məşqçisidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin