Azərbaycan millisi yarımfinalda məğlub olub

Azərbaycanın qadınlardan ibarət həndbol millisi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiyanın Açıq Çempionatında növbəti oyununa çıxıb.

Komanda.az xəbər verir ki, yığma yarımfinalda “Özbəkistan TJ” komandası ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib – 29:28.

Azərbaycan millisi qrup mərhələsindəki hər üç matçda qələbə qazanmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button