“Daha çox qol vura bilərdik” – Tsxadadze
“Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze Azərbaycan Premyer Liqasının 35-ci turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra bunları söyləyib:
“Uşaqlara təşəkkür edirəm. Yaxşı mübarizə apardılar. Son matçlarda yaxşı oyun nümayiş etdiririk. Təəssüf ki, aşağı liqaya düşürük. Fubolçular öz peşakarlıqlarını göstərib oyunlara yaxşı köklənirlər. Daha çox qol vura bilərdik. Çoxlu qol epizodlarımız oldu. Premyer Liqada qalsaydıq, gələn mövsüm yaxşı yerlər uğrunda mübarizə apara bilərdik. Nə edək? Həyat mübarizədir.
Bu gü müdafiədə səhvlərə yol vermədik deyə qol buraxmadıq. Amma diqqətli olsaydıq, 6 qol vura bilərdik. Bunun üzərində çox çalışmalıyıq. Əksər matçarlda yaxşı oynamışıq. Ya bəxtimiz gətirməyib, ya da ustalıq çatmayıb. “Neftçi” ilə oyunda biz 5 zərbə vurduq, amma fərqlənə bilmədik. Onlar isə bir zərbədən qol vurdular”.
Bizi Facebook-da izləyin