La Liqa klubu baş məşqçisi ilə yeni müqavilə bağlayıb
“Atletik”in baş məşqçisi Ernesto Valverde klubla müqaviləsini uzadıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssislə yeni müqavilə 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Valverde 2022-ci ilin iyulundan “Atletik”ə rəhbərlik edir.
36 turdan sonra “Atletik” İspaniya La Liqasının turnir cədvəlində 62 xalla 5-ci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin