Keçmiş futbolçu Flikin “Bayern”in baş məşqçisi olmasını istəmir

“Bayern”in və “Liverpul”un keçmiş futbolçusu Ditmar Hamann almaniyalı məşqçi Hans-Diter Flikin Münhen nəhənginə mümkün qayıdışından danışıb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, keçmiş futbolçu, bununla bağlı böyük narahatlığı olduğunu bildirib:

“Flik ilk səfərində əla iş gördü. Lakin bu uğurlar koronavirus dövründə əldə edilib. Bunu xatırlamağa dəyər. O, yenidən uğur qazana bilərmi? 2022-ci il dünya çempionatında Almaniya yığmasının başına gələnləri gördük. Mənim böyük narahatlığım var”. 

Xatırladaq ki, Flikin rəhbərliyi altında “Bayern” 2019/2020 mövsümündə trebl edib. Onun son iş yeri Almaniya millisi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button