Rəhbərliklə görüşüb, gələcəyini müzakirə etdi – “Arsenal”ın hədəfindəki futbolçu
“Nyukasl”ın hücumçusu Aleksandr İsak klub rəhbərliyi ilə görüş keçirib.
Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, görüşdə isveçli futbolçunun gələcək taleyi müzakirə olunub. Daha əvvəl bildirilib ki, mərkəz hücumçusu axtarışında olan London “Arsenal”ı İsakla maraqlanır.
İsak 2022-ci ildən “Nyukasl”da çıxış edir. 24 yaşlı futbolçu bu mövsüm İngiltərə çempionatında 28 oyun keçirib, 20 qol vurub və 1 məhsuldar ötürmə edib. Futbolçunun klubla müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin