Ərəblər “Barselona”nın qapıçısını “qaralayıb”

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen bu yay klubunu dəyişə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Əl-İttihad” almaniyalı futbolçunu almaqda maraqlıdır. Qolkiper qarşıdan gələn transfer pəncərəsi üçün Səudiyyə Ərəbistanı klublarının hədəfində olan əsas futbolçular siyahısındadır.

Ter Ştegenin “Barselona” ilə müqaviləsi 2028-ci ilin ortalarına qədərdir.

32 yaşlı futbolçu cari mövsümdə 32 oyun keçirib, 36 qol buraxıb və 14 dəfə qapısını toxunulmaz saxlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button