“Lester” – Vardi münasibəti başa çatır

“Lester”in hücumçusu Ceymi Vardi yay transfer pəncərəsində klubunu dəyişə bilər.

Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, “Lester” hələ 37 yaşlı forvarda yeni müqavilə təklif etməyib və futbolçunun klubla hazırkı müqaviləsi bu ilin iyun ayının sonunda başa çatır. 

İngiltərənin aşağı liqa təmsilçilərindən “Reksem” klubu Vardinin xidmətində maraqlıdır və artıq hücumçu ilə danışıqlara başlayıb. 

Xatırladaq ki, “Lester” gələn mövsüm İngiltərə Premyer Liqasında çıxış edəcək.

Vardi bu mövsüm Çempionşipdə “tülkülər”in heyətində 35 oyun keçirib, 18 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button