ÇL: “Real” çox təhlükəlidir, amma…”
“Bayern”in hücumçusu Tomas Müller Çempionlar Liqasının yarımfinal mərhələsindəki rəqibləri olan “Real”ın güclü tərəflərini sadalayıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, almaniyalı futbolçu “kral klubu”nu təhlükəli komanda adlandırıb:
“Real”ın güclü tərəfləri var. Heç bir problem olmadan geri çəkilib özlərini müdafiə edə bilərlər. Eyni zamanda, qarşıda əks-hücuma keçə biləcək sürətli oyunçuların olduğunu bilirik. Təsadüfi deyil ki, “Real” son illər ardıcıl olaraq Çempionlar Liqasının yarımfinalına yüksəlib. Rəqib çox təhlükəlidir, amma ona qarşı öz üslubunuzu tapa bilərsiz. Qələbə bizim təşəbbüsü geri ala biləcəyimizdən asılı olacaq”.
Münhendə keçirilən ilk oyun 2:2 hesablı bərabərliklə başa çatıb. Cavab matçı mayın 8-də, saat 23:00-da start götürəcək.
Bizi Facebook-da izləyin