Arda: “Luka və Toniyə “abi” deyə xitab edirəm”
“Real”ın yarımmüdafiəçisi Arda Gülər komanda yoldaşları Luka Modriç və Toni Kroosla münasibətindən danışıb.
Komanda.az “Madrid Universal”-a istinadən xəbər verir ki, türkiyəli futbolçu onları adları ilə çağıranda özünü narahat hiss etdiyini bildirib:
“Onların adlarını çəkə bilmərəm, çünki məndən böyükdürlər. Belə olan halda, onlara qarşı hörmətsizlik etmiş olduğumu düşünürəm. Mən ailəmdə belə tərbiyə almışam, onları adları ilə çağıranda özümü narahat hiss edirəm. Buna görə də, Luka və Toniyə “abi” deyə xitab edirəm. Onlar da mənə “abi” deyirlər”.
19 yaşlı yarımmüdafiəçi “Real”a ötən yay “Fənərbaxça”dan qoşulub. O, bu mövsüm İspaniya çempionatında 8 oyun keçirib, 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin