“Qarabağ”ın futbolçusu Bolqarıstan klubundan imtina edib

“Qarabağ”ın futbolçusu Simeon Slavçev daha bir Bolqarıstan klubunun hədəfində olub.

Komanda.az Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, “Botev” bolqar futbolçunu heyətinə qatmaq niyyətində olub. Ağdam təmsilçisindən ayrılmaq istəmədiyini bildirən 26 yaşlı yarımmüdafiəçi, Bolqarıstan klubunun təklifindən imtina edib.

Bundan öncə futbolçu ilə Sofiyanın ÇSKA klubunun da yaxından maraqlandığı deyilirdi.

Bolqar yarımmüdafiəçi “Qarabağ”a ötən ilin yayında transfer olunmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button