“Bayern” italiyalı məşqçini razı salmağa çalışacaq

“Bayern” yeni baş məşqçi axtarışlarını davam etdirir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, namizədlərdən olan almaniyalı məşqçi Ralf Ranqnik Münhenə köçməkdən imtina edib və Avstriya millisi ilə işini davam etdirmək qərarına gəlib. “Bayern” indi “Brayton”un baş məşqçisi Roberto de Zerbini razı salmağı planlaşdırır.

44 yaşlı mütəxəssislə “Milan” və “Napoli”nin də maraqlandığı bildirilir.

İtaliyalı mütəxəssisin “Brayton”la hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

“Bayern”ə hazırda mövsüm başa çatdıqdan sonra vəzifəsini tərk edəcək Tomas Tuxel rəhbərlik edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button