Balotelli: “Leao qaçmırsa, Piolinin günahı nədir?”

“Milan”ın sabiq futbolçusu Mario Balotelli komandanın baş məşqçisi Stefano Piolinin ünvanına iradları ədalətsiz sayır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Adana Dəmirspor”un oyunçusu, meydanda performansdan məhrum olanın baş məşqçi yox, futbolçuların özləri olduğunu bildirib:

“Milan”ın futbolçuları meydançada gəzirlər, Pioli ilə bağlı hansı şikayətlər ola bilər? Rafael Leao mənim dostumdur, ona hər şeyin ən yaxşısını arzulayıram, o, ən yaxşılardan biridir. Amma 45 dəqiqə ərzində bir dəfə də olsun meydançada qaçmırsa, Piolinin günahı nədir?”

“Milan” hazırda İtaliya çempionatının turnir cədvəlində 2-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button