Fransalı mütəxəssis Messi ilə Neymarı klana bənzətdi

Fransalı mütəxəssis Julien Loren PSJ-nin ötən mövsümlə müqayisədə necə dəyişdiyi haqda danışıb.

Komanda.az “TNT Sports”-a istinadən xəbər verir ki, o, indi paltardəyişmə otağında daha az problemin olduğunu bildirib:

“Paltardəyişmə otağında daha az problem var, daha az eqo var. Artıq Lionel Messi, Neymar və Marko Verratti yoxdur. Meydanda nə qədər yaxşı olsalar da, paltardəyişmə otağında “bosslar”ı xatırladırdılar. İndi paltardəyişmə otağında oyunçular daha yaxşı anlaşır və müxtəlif dillərdə zarafatlar edirlər. Əvvəllər PSJ-nin klanları var idi, amma indi belə görünür ki, artıq onlar yoxdur”.

PSJ bu gün Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button