Xavi qərar verməlidir – AÇ-2024-dən əvvəl
“Leyptsiq”in yarımmüdafiəçisi Xavi Simons hələ də gələcək planları ilə bağlı qərarsızdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi AÇ-2024 başlamazdan əvvəl planları barədə qərar vermək istəyir.
Niderlandlı yarımmüdafiəçi hazırkı komandasında icarə əsasında çıxış edir. Futbolçu müqavilə ilə PSJ-yə məxsusdur. Fransa nəhəngi də öz növbəsində Simonsa gələn mövsüm sabit oyun praktikasına zəmanət verə biləcəyinə hələ qərar verməyib.
Daha əvvəl “Çelsi”nin futboçu ilə maraqlandığı bildirilirdi.
Simons bu mövsüm Almaniya çempionatında 7 qol vurub və 11 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin