İngiltərəli futbolçu bunu ilk dəfə bacardı

İspaniya çempionatında 33-cü turun oyunları keçirilib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Xetafe” “Almeriya” üzərində qələbə qazanıb (3:1). Meyson Qrinvud son matçda yaxşı çıxış edib. O, komandasının iki qoluna imza atıb. Bu qollarla ingiltərəli hücumçu karyerasında ilk dəfə bir mövsümdə 12 qol həddinə çatıb. Qrinvudun əvvəlki rekordu 2019/20 mövsümündə “Mançester Yunayted”də vurduğu 11 qol idi.

“Xetafe” İspaniya çempionatının növbəti turunda “Atletik”lə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button