“Leao komandada qalacaq” – “Milan” rəsmisi
“Milan”ın baş direktoru Corco Furlani hücumçu Rafael Leaonun klubdakı gələcəyini şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, portuqaliyalı futbolçunun İtaliya klubunda qalacağına əminlik verib:
“Leao komandada qalacaq. O, uzunmüddətli müqavilə imzalayıb və burada qalmaq istəyir”.
24 yaşlı hücumçu 2019-cu ildən “Milan”da çıxış edir. O, 2023/24 mövsümündə bütün yarışlarda 43 oyun keçirib, 13 qol vurub və 13 məhsuldar ötürmə edib.
“Milan” hazırda 34 oyundan sonra 70 xalla A Seriyasının turnir cədvəlində ikinci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin