İsveç VAR-dan imtina edir

İsveç Futbol Federasiyası VAR sistemindən imtina edəcək.

Komanda.az xəbər verir ki, bu ölkənin 1-ci və 2-ci liqasında mübarizə aparan 32 klubdan 18-i VAR sisteminin ləğv olunmasını tələb edib. Bu barədə yerli mətbuat məlumat yayıb.

Azarkeşlər də VAR-dan imtinanın tərəfdarıdır. Onların VAR-ın ölkə futboluna fayda vermədiyini düşünürlər.

İsveç Futbol Assosiasiyasının prezidenti Fredrik Reinfeldtin sözlərinə görə, ölkənin yüksək liqa klublarının etirazı fonunda növbəti mövsümdən etibarən VAR tətbiq edilməyəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button