Həndbol: Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
Həndbol üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb.
Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan Həndbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Kişilər arasında yarışda çempionluq uğrunda mübarizəni davam etdirən “Bakı” klubu 18-ci turda iddialı “Azəryol”u qəbul edəcək. Komandalar aprelin 27-də, saat 14:00-da “AHF Arena”da üz-üzə gələcəklər.
Lider “Kür” isə Qarabağ”la münasibətləri aydınlaşdıracaq. Aprelin 28-də “Kür” Olimpiya İdman-Tədris Mərkəzində keçiriləcək matç saat 12:00-da başlayacaq.
Qadın həndbolçular arasında ölkə çempionatında isə 15-ci turun görüşləri baş tutacaq. Yarışın favioritləri sayılan “Azəryol” və “Qarabağ” aprelin 27-də, saat 12:00-da münasibətləri aydınlaşdıracaqlar. Bu qarşılaşma “AHF Arena”da baş tutacaq.
Bizi Facebook-da izləyin