“Barselona” rəhbərliyi bu 2 futbolçunun klubda qalmasını istəmir
“Barselona”da icarə əsasında çıxış edən Joao Kanselo və Joao Feliks komandanı tərk edə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbərliyi portuqaliyalı futbolçuların qalmasını istəmir.
Feliks və Kanselo “Barselona”da yaxşı başlamışdılar, lakin sonradan vaxtaşırı problemlər yaşadılar və qeyri-sabit göründülər. “Mançester Siti” (Kanselo) və “Atletiko” (Feliks) oyunçularının icarə müqaviləsini yeniləmək istəmir. Portuqaliyalı futbolçular özləri isə “Barselona”da qalmaq istəyirlər. Baş məşqçi Xavi bunun əleyhinə deyil. Amma rəhbərlik fərqli qərar verərsə, ispaniyalı çalışdırıcı israr etməyəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin