“Real” müdafiəçisi ilə danışıqlar aparır
“Real” müdafiəçisi Lukas Vaskeslə yeni müqavilə ilə bağlı danışıqlar aparır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu ən azı bir mövsüm daha “kral klubu”nda qala bilər.
Vaskes özü bildirmişdi ki, hazırda yeni müqavilə ilə bağlı heç bir danışıqlar aparmır. Amma əslində, oyunçunun agenti müqavilənin uzadılması ilə bağlı “Real”la müntəzəm əlaqə saxlayır.
Vaskesin “kral klubu” ilə müqaviləsi mövsümün sonunda başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin