“Barselona” Kanselo ilə bağlı planını dəyişir
“Barselona” müdafiəçi Joao Kanselo üçün planlarını yenidən nəzərdən keçirir.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “Barsa” üçün çox vacib olan son iki matçda etdiyi səhvlərdən sonra portuqaliyalı futbolçunun satın alınmasının məqsədəuyğunluğuna şübhəylə yanaşır.
“Barselona” Kanselo üçün böyük məbləğdə pul ödəmək istəmir. Futbolçunun məxsus olduğu “Mançester Siti” Kanseloya görə 40 milyon avro tələb edir və heç bir endirim etmək fikrində deyil. Onun “Barsa” ilə icarə müddəti mövsümün sonunda başa çatır.
“Barselona” ötən həftə PSJ və “Real”a uduzub və bu mövsüm kubok qazanmaq şanslarını praktiki olaraq itirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin