Tuxel “Mançester Yunayted”in rəhbərliyi ilə əlaqə saxlayıb

“Bayern”in baş məşqçisi Tomas Tuxel İngiltərənin “Mançester Yunayted” klubunun rəhbərliyi ilə əlaqə saxlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, alman mütəxəssis “Bayern”də qalmayacaq və planlaşdırıldığı kimi, cari mövsümün sonunda klubu tərk edəcək.

Tuxel bundan əvvəl “Bayern”də qalmayacağını, hətta ondan tələb olunsa belə, gedəcəyini bildirmişdi.

O, ötən ilin martından Münhen komandasına rəhbərlik edir. Almaniyalı mütəxəssis bu postda gözlənilmədən komandadan qovulan həmyerlisi Yulian Naqelsmannı əvəzləyib.

Tuxel 2022/23 mövsümündə Münhen klubu ilə Bundesliqanın qalibi olub. 2025-ci ilin iyun ayına qədər olan müqaviləyə bu yay xitam veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button