Azərbaycanın iki boksçusu AÇ-də mərhələ adladı

Azərbaycanın iki boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında mərhələ adlayıb.

Komanda.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Amin Məmmədzadə (54 kq) 1/8 finalda Psarras Aristotelisi (Yunanıstan) 5:0 hesabı ilə məğlub edib.

O, aprelin 24-də baş tutacaq növbəti döyüşündə ilk mərhələdən azad olan fransalı Bilal Bennama ilə üz-üzə gələcək.

Alfonso Dominqes (92 kq) də 1/4 finala yüksəlib. Dünya çempionumuz ilk qarşılaşmasında mundialın bürünc medalçısı Viktor Şelstrat (Belçika) üzərində 4:3 hesabı ilə qələbə qazanıb. O, növbəti görüşündə Yan Zakla (İsrail) gücünü yoxlayacaq. Döyüş aprelin 22-nə təsadüf edəcək.

Boksçularımızdan daha öncə Malik Həsənov (63,5 kq) da mərhələ adlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button