“Borussiya”nın hücumçusu bu mövsüm bir daha oynamaya bilər
Dortmund “Borrusiya”sının hücumçusu Sebastian Haller topuğundan zədə alıb və bu mövsüm bir daha oynamaya bilər.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fil Dişi Sahili millisinin üzvü Çempionlar Liqasının 1/4 final mərhələsinin “Atletiko” ilə ilk oyununda qol vura bilib. Rəqib 2:0 öndə olarkən hücumçu fərqlənərək, komandasının hesabdakı geriliyini azaldıb. Aprelin 16-da komandalar arasında Dortmundda baş tutacaq cavab matçında Haller iştirak etməyəcək.
Haller 2023/24 mövsümündə bütün turnirlərdə 17 matçda iştirak edib və 1 qol vura bilib.
“Borussiya” Bundesliqanın turnir cədvəlində 5-ci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin