PFL rəsmisi: “Texniki problem tək bizim saytla bağlı deyil”

Artıq iki gündür ki, Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı işləmir. Problemin nədən qaynaqlandığını və nə zaman həll olunacağını aydınlaşdırmaq üçün PFL-in Media və Marketinq direktoru Sənan Abdullayevlə əlaqə saxladıq.

PFL rəsmisi yaxın saatlarda problemin həll olunacağının gözlənildiyini bildirdi:

“Təəssüf ki, budəfəki problem çox çəkdi. Dünəndən etibarən bu məsələnin həlli üçün çalışılır. Texniki problem tək bizim saytla bağlı deyil. Əməkdaşlıq etdiyimiz şirkət bir neçə sayta nəzarət edir və həmin saytların hamısında analoji problem var. Bizə bildirilib ki, işlər davam edir. Yaxın saatlarda düzəlməlidir”.   

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button