Şeydayevin hesabı açdığı oyunda “Kocaelispor” qalib gəldi
Türkiyə 1-ci Liqasında 30-cu turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Kocaelispor” evdə “Girəsunspor”la qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0. Şeydayev start heyətdə meydana çıxıb və 79-cu dəqiqədə əvəzlənib. Komandasının ilk qolunu da 8-ci dəqiqədə Ramil vurub. Bu, Şeydayevin Kocaeli təmsilçisinin heyətində ilk qoludur.
“Kocaelispor” 52 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin