Azərbaycan millisi Olimpiya Təsnifat turnirində yarımfinala yüksəlib
Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində yarımfinala vəsiqə qazanıb.
Komanda.az xəbər verir ki, yığma buna B qrupunun 2-ci tur matçında Monqolustana qalib gəlməklə (13:12) nail olub.
Ötən gün Çilini məğlub edən (17:14) komanda 3-cü turda Niderlandla görüşəcək. Bu matç qrup liderini müəyyənləşdirmək üçün əhəmiyyətli olacaq.
Yarımfinal və həlledici matçlar aprelin 14-də baş tutacaq. Honkonqdakı turnirin qalibi Paris-2024 Yay Olimpiya Oyunlarına yeganə vəsiqəyə sahib çıxacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin