“Barselona” 17 yaşlı futbolçu ilə razılığa gəlmək istəyir


“Barselona” 17 yaşlı mərkəz müdafiəçisi Pau Kubarsi ilə tezliklə yeni müqavilə ilə bağlı razılığa gəlmək istəyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər tez bir zamanda razılaşma əldə etmək ümidi ilə danışıqlar aparır. Kubarsi uzun illər “Barselona”da oynamağa davam etmək istəyir. Ola bilər ki, tərəflər bu mövsümün sonuna qədər razılığa gəlsinlər.

İspaniyalı futbolçu “Barselona”nın əsas müdafiəçilərindən biridir O, mütəmadi olaraq mətbuat konfranslarında futbolçunu tərifləyən baş məşqçi Xavinin etimadını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button