Zidan: “Bellingemin böyük fanatıyam”
“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan İngiltərə millisinin və “kral klubu”nun yarımmüdafiəçisi Çud Bellingem haqqında fikirlərini bildirib.
Komanda.az “Telefoot”-a istinadən xəbər verir ki, fransalı mütəxəssis, ingiltərəli futbolçunun bütün gözləntiləri üstələdiyini söyləyib:
“Bellingem əla futbolçudur. Bütün gözləntiləri üstələyir. Mən onun böyük fanatıyam. Mümkün qədər çox kubok qazanmasını arzulayıram”.
Bellingem 2023-cü ilin yayında Dortmund “Borussiya”sından “Real”a keçib. 20 yaşlı yarımmüdafiəçi İspaniya çempionatının bu mövsümündə 23 oyuna çıxıb, 16 qol vurub, 4 məhsuldar ötürmə edib.
“Real” La Liqada 30 turdan sonra turnir cədvəlinə başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin