“Favorit göstərilməyimizlə razı deyiləm”
Rumıniyanın “Universitatya Krayova” klubunun baş məşqçisi Korneliu Papure Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Səbail”ə qarşı keçirəcəkləri ilk oyundan əvvəl mətbuat konfransı keçirib.
Komanda.az xəbər verir ki, rumıniyalı mütəxəssis Bakıda jurnalistlərlə görüşdə bunları söyləyib:
- Bizi çətin oyun gözləyir. Mövsümün ilk rəsmi oyununa çıxacağıq. Bu, bizim üçün əlavə çətinlik olacaq. Əlimizdən gələni edəcəyik. Yaxşı nəticə qazanacağımıza inanırıq.
- “Səbail” haqda nə deyə bilərsiz?
- Hər zaman rəqiblərimizlə bağlı məlumat almağa çalışırıq. Açığı, bu dəfə çətin oldu. Əlimizdə olan yoldaşlıq oyunlarının videoyazısıdı. Ötən mövsümdəki oyunlarına baxmağı isə düzgün saymıram. Çünki heyədə dəyişikliklər olur.
- Azərbaycana gəlın komandalar adətən uzaq məsafə ilə bağlı narahat olur. Azərbaycanla bağlı təəssüratlarınız necədi?
- Məsafənin uzaq olması ilə bağlı danışmaq istəmirəm. Bu, bizim üçün problem deyil. Məni narahat edən əsas məsələ, oynayacağımız vaxt olacaq hava tempraturudu.
- Sabah ən pis ssenariyə hazırsızmı? Ümumi olaraq əsas strategiyanız nədi?
- Strategiyamızı oyundan sonra görəcəksiz.
- Favorit olaraq sizin göstərilməniz narahatlıq yaratmır?
- Favorit göstərilməyimizlə razı deyiləm. Hələlik, heç bir komanda favorit deyil. Bu oyun hər iki komanda üçün mövsümün ilk oyunudu. Biz hər komandaya uyğun strategiya seçirik. Sabahkı oyuna da maksimum köklənərək, yaxşı, nəticə almağa çalışacağıq.
- “Səbail” sizdə necə təəssüratlar yaratdı?
- Yoxlama oyunlarını izləmişəm. Əlimizdən gələni etməyə çalışacağıq. Əsas istəyimiz məşqdə etdiklərimizi, oyunda təkrarlamaqdı.
- Sabahkı oyunda rəqibə nə təklif edəcəksiz? Hücum, yoxsa müdafiə?
- Bunu meydançada görəcəyik.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin